ABŞ Ukraynaya 300 milyon dollar yardım edəcək

ABŞ Ukraynaya 300 milyon dollar yardım edəcək
  • Sosial

  • Amerika Birləşmiş Ştatları Ukraynaya 300 milyon dollar əlavə hərbi yardım edir.

    Asiya.az
    APA-ya istinadən xəbər verir ki, bu barədəPentaqonun sözçüsü Con Kirbi bildirib.

    "Birləşmiş Ştatların Müdafiə Nazirliyi Ukraynanın müdafiə qabiliyyətini dəstəkləmək üçün 300 milyon dollara qədər təhlükəsizlik yardımı göstərəcək", - deyə Kirbi bildirib.

    Bundan əvvəl Ukrayna prezidenti Vladimir Zelenski ABŞ prezidenti Co Baydenlə söhbətində ona Rusiya-Ukrayna danışıqlarının vəziyyəti barədə məlumat verib.
    PAYLAŞ:

    Oxşar xəbərlər