Millət vəkilinin köməkçiləri I Qarabağ şəhidinin ailəsini ziyarət etdi

Millət vəkilinin köməkçiləri I Qarabağ şəhidinin ailəsini ziyarət etdi
  • Sosial

  • Bu gün Masallı rayonundan olan, I Qarabağ müharibəsi Şəhidi Əlihəsənov Rafiq Vəliəhəd oğlunun dünyaya gəldiyi gündür.

    Millət vəkili seçilən gündən Şəhid və qazi ailələrinə həmişə həssaslıqla yanaşan 70 saylı Masallı Şəhər Seçki Dairəsinin deputatı Məşhur Məmmədovun köməkçiləri Şəhidin mövludu münasibəti ilə ailəni ziyarət edib.

    Azadmedia.az-ın Cənub bürosu xəbər verir ki, Millət vəkilinin köməkçiləri Əli Nağıyev və Rəmzi Şahverdiyev Masallı şəhər Dadva küçəsində yaşayan I Qarabağ müharibəsi şəhidi Əlihəsənov Rafiq Vəliəhəd oğlunun (07.04.1969) mövludu münasibətilə Şəhidin evində olub, ailəsi ilə görüşüb, qayğı və problemləri ilə maraqlanıblar. Ailə həmişə rayon rəhbərliyi və millət vəkili Məşhur Məmmədov tərəfindən diqqətlə əhatə olunduğunu bildirərək başda ölkə başçısı cənab İlham Əliyev olmaqla şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə hər kəsə təşəkkür etdi.
    Allah bütün şəhidlərə rəhmət eləsin!
    PAYLAŞ:

    Oxşar xəbərlər