Zelenski Putinin yaxın adamını, qızının "xaç atası"nı əsir götürdü - "Qarşılığında bunu istəyirik"

Zelenski Putinin yaxın adamını, qızının "xaç atası"nı əsir götürdü - "Qarşılığında bunu istəyirik"
  • Hərb

  • Ukrayna prezidenti Zelenski Medvedçuku vermə qarşılığında Rusiyaya şərt qoyub.

    AZXEBER.COM xəbər verir ki, Zelenski Rusiya prezidenti Putinlə yaxın münasibətdə olan ukraynalı müxalifət lideri Viktor Medvedçukun saxlanıldığını bildirib.

    Zelenski saxlanılan Medvedçuku vermə qarşılığında Rusiyadan müharibə zamanı əsir düşən ukraynalıları istəyib: 

    "Mən Rusiya Federasiyasına təklif edirəm ki, Medvedçuku ruslar tərəfindən əsir götürülən ukraynalılarla dəyişdirsin. Qoy bizim hüquq-mühafizə orqanlarımız, ordumuz bunları nəzər alsın”.

    Qeyd edək ki, 67 yaşlı Medvedçukun Rusiya Prezidenti Vladimir Putinlə yaxın münasibətlərə sahibdir. O, 2004-cü ildə Putinin kiçik qızı Dariyanın xaç atası olub. Medvedçuk 2002-2005-ci illərdə Ukrayna Prezident Administrasiyasının rəhbəri, 2000-2001-ci illərdə Ali Radanın birinci vitse-spikeri, 1998-2000-ci illərdə Ali Radanın vitse-spikeri olaraq çalışıb. O, həmçinin Ukrayna Ali Radasının II, III, IV, IX çağırış deputatı olub.

    Medvedçuk 2021-ci ilin mayında dövlətə xəyanətdə şübhəli bilinərək ev dustaqlığına məhkum edilib. O, ölkədə müharibə başlayandan sonra ev dustaqlığından qaçmışdı.

    Aydın Nuri
     


    PAYLAŞ:

    Oxşar xəbərlər