Zərərçəkmiş: "Maqsud Mahmudov mənə 335 min manat ziyan vurub"

Zərərçəkmiş: "Maqsud Mahmudov mənə 335 min manat ziyan vurub"
  • Sosial

  • Ukraynada tutularaq Azərbaycana gətirilən Maqsud Mahmudovun cinayət işi üzrə məhkəmə iclasında zərərçəkmiş ifadə verib.

     
    Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Rasim Bayramov bildirib ki, uzun illər zərgərliklə məşğul olub.

    O deyib ki, Maqsud Mahmudov ona 335 min manat ziyan vurub.
    Məhkəmə davam edir.

    Qeyd edək ki, Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu 2021-ci ilin iyul ayında Ukrayna ərazisində tutulub.

    O, sentyabrın 18-də Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib.

    İstintaq dövründə onun barəsində xüsusi dəyəri olan əşyaları talama maddəsi ilə ittiham irəli sürülüb.

    İş üzrə 90 nəfər zərərçəkmiş var. Zərərçəkmişlərdən ikisi müğənni Afət Fərmanqızı və Vasif Məhərrəmlidir.//report
    PAYLAŞ:

    Oxşar xəbərlər