Şuşa və Ağdam şəhərlərinə may ayına olan biletlər satışa çıxarıldı

Şuşa və Ağdam şəhərlərinə may ayına olan biletlər satışa çıxarıldı
  • Sosial

  • Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Şuşa və Ağdam şəhərlərinə istifadəyə verdiyi müntəzəm avtobus reyslərinə may ayına olan biletlər satışa çıxarılıb.

    Asiya.az
    xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

    Bildirilir ki, sərnişinlər müəyyən olunmuş marşrut xətləri üzrə biletləri www.yolumuzqarabaga.az portalı vasitəsilə onlayn qaydada ala bilərlər.

    Qeyd edək ki, Şuşa və Ağdam şəhərlərinə ilk müntəzəm avtobus marşrutları yanvarın 24-də istifadəyə verilib.

    Marşrutların təhlili, həmçinin tələbat və bilet satışı dinamikası, eləcə də vətəndaşların istəkləri nəzərə alınaraq, avtobusların hərəkət cədvəllərində müəyyən dəyişikliklər edilib. Təhlillər nəticəsində Bakı – Şuşa – Bakı istiqamətində əlavə reysin açılması qərara alınıb. May ayından etibarən sərnişinlər Bakı – Şuşa – Bakı istiqamətində həftədə 3 dəfə deyil, 4 dəfə səfər edə biləcəklər.

    Avtobus marşrutlarının may ayı üçün hərəkət cədvəli

    Marşrut

    May ayı üzrə səfər günləri

    Bakı – Şuşa – Bakı - Cümə axşamı, çümə, şənbə və bazar

    Bakı – Ağdam – Bakı - Şənbə, bazar
     
    Əhmədbəyli – Şuşa– Əhmədbəyli - Bazar ertəsi, çərşənbə axşamı, çərşənbə

    Bərdə – Ağdam – Bərdə - Çərşənbə axşamı
    PAYLAŞ:

    Oxşar xəbərlər