Asiya.az BAKU.WS-ə istinadən xəbər verir ki, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Zakir Quliyev həkim məsləhəti olmadan qurd əleyhinə bitki mənşəli dərmanlarla müalicənin düzgün olmadığını deyir:
Orqanizmdə qurdun olmasının bir çox əlamətləri var. Əksər hallarda qaşıntı, yuxusuzluq, ümumi narahatlıq, əsəbilik, qarın ağrıları, ürək bulanması ağızdan-ağıza su axması kimi hallarla müşahidə olunur.
Qurd xəstəliklərinin müalicəsində təbii üsullardan daha çox dərman müalicəsinə üstünlük verilməsinin vacibliyini önə çəkən mütəxəssis onu da bildirib ki, valideynlərdə hər hansı bir şübhə olan kimi mütləq şəkildə həkimə müraciət etmək lazımdır.
Qurd xəstəliklərinə barmaqarası baxmaq olmaz, çünki mərkəzi sinir sistemini zədələmək gücünə qadirdir. Qurd daxili orqanda ciddi problemlər yaradaraq uşağın əqli və fiziki inkişafına da təsir edə bilir.