Cənub bölgəsində yeganə İcbari Tibbi Sığorta olan özəl klinika

Cənub bölgəsində yeganə İcbari Tibbi Sığorta olan özəl klinika
  • Sosial / Manşet

  • İcbari Tibbi Sığorta artıq Masallı Bioloji Təbabət klinikasında!

    Effektiv müalicə üsulları və keyfiyyətli tibbi xidmətlə insanların güvənini qazanmış Masallı Bioloji Təbabət klinikasından hamını sevindirən daha bir yenilik!

    Artıq hər kəs İcbari Tibbi Sığorta xətti ilə Masallı Bioloji Təbabət klinikasındakı xidmətlərdən yararlana biləcək.

    Bəs Masallı Bioloji Təbabət klinikasında göstərilən tibbi xidmətlərdən İcbari Tibbi Sığorta xəti ilə necə yararlanmaq olar?

    Vətəndaşlarımız bunun üçün, ilk növbədə İcbari Tibbi Sığorta nəzdində olan dövlət xəstəxanalarına müraciət edərək istifadə etmək istədiyi tibbi xidmət üçün Masallı Bioloji Təbabət klinikasına göndəriş vərəqəsi almalıdırlar. Yalnız bu göndəriş vərəqəsi əsasında pasiyentlər müvafiq xidmətdən yararlana bilərlər.

    Qeyd edək ki, cənub regionunda İcbari Tibbi Sığorta xətti ilə yalnız Masallı Bioloji Təbabət klinikasında MRT müayinəsi mövcuddur. Bu müayinədən ödənişsiz keçmək üçün artıq, Bakıya üz tutmağa ehtiyac qalmayıb.

    PAYLAŞ:

    Oxşar xəbərlər