Ukrayna və Rusiya atəşkəsdə razılığa gəldilər - Bu tarixdə imzalanacaq

Ukrayna və Rusiya atəşkəsdə razılığa gəldilər - Bu tarixdə imzalanacaq
  • Hərb

  • Ukrayna və Rusiya Azovstal ərazisində mayın 5-dən 7-dək atəşkəs rejiminin yaradılması barədə razılığa gəliblər.

    Asiya.az
    "Report"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş nazirinin müavini - müvəqqəti işğal olunmuş Ukrayna ərazilərinin reinteqrasiyası üzrə nazir İrina Vereşuk "RBC-Ukraina"ya deyib.

    Onun sözlərinə görə, Mariupolun müdafiəçiləri bu vaxtdan mülki əhalini və ərazini təxliyəyə hazırlamaq üçün istifadə edəcək.

    Nazirin sözlərinə görə, Ukrayna tərəfi yaralı əsgərlərin siyahısını verib, lakin onların çıxarılması ilə bağlı hələlik razılaşmaq mümkün olmayıb.

    Vereşukun qeyd etdiyi kimi, təxliyə yalnız davamlı atəşkəs nəticəsində mümkündür və bununla əlaqədar o, razılaşmaların nəticə verəcəyinə ümid edir.
    PAYLAŞ:

    Oxşar xəbərlər