Millət vəkilinin oğlu ABŞ-da MASALLI adında şirkət təsis etdi

Millət vəkilinin oğlu ABŞ-da MASALLI adında şirkət təsis etdi
  • Araşdırma / İqtisadiyyat

  • 70 saylı Masallı şəhər seçki dairəsindən deputat seçilən Məşhur Məmmədovun ABŞ-da yaşayan oğlu Məmməd Şahbazov “Masalli Enterprise LLC” adlı şirkət təsis edib.

    Asiya.az
    xəbər verir  ki, “Masalli Enterprise LLC” aprel ayının 20-də Nyu-Cersi ştatının Gəlirlər İdarəsi tərəfindən qeydə alınıb.

    Şirkətin hüquqi ünvanı Məşhur Məmmədovun ailə üzvlərinin Nyu-York şəhərində yaşadıqları “335 Riverdale Dr Fort Lee, NJ 07024-4441” ünvanında yerləşir.

    Qeyd edək ki, Məşhur Məmmədovun 1994-cü il təvəllüdlü oğlu Məmməd Şahbazov 2013-2017-ci illərdə ABŞ-ın Konnektikut Universitetində bakalavr, 2017-2019-cu illərdə isə Nyu-York Universitetində magistr təhsili alıb. Məmməd Şahbazov hazırda Nyu-Yorkda fəaliyyət göstərən “Reynolds Asset Management” adlı daşınmaz əmlak şirkətində çalışır.

    Onu da bildirək ki, Məşhur Məmmədov 2002–2009-cu illərdə “Embawood” MMC-nin direktoru, 2009–2011-ci illərdə “Embawood İnşaat” MMC-nin direktoru, 2011–2014-cü illərdə “Embawood” MMC-nin baş direktorunun birinci müavini, 2014–2020-ci illərdə “Progress Construction” MMC-nin direktoru vəzifələrində çalışıb. Hazırda Azərbaycan Mebel İstehsalçıları Assosiasiyasının sədridir.
    PAYLAŞ:

    Oxşar xəbərlər