Masallıda Ümummilli Lider Heydər Əliyevin xatirəsi yad edildi – VİDEO/FOTOLAR

Masallıda Ümummilli Lider Heydər Əliyevin xatirəsi yad edildi – VİDEO/FOTOLAR
  • Manşet / Cəmiyyət

  • Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasından 99 il ötür. 

     

    Asiya TV xəbər verir ki, Ulu Öndərin doğum günü ilə əlaqədar Masallı rayonunda silsilə tədbirlər həyata keçirilib.

     

    Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və aparatı, idarə, müəssisə və təşkilat rəhbərləri, din xadimləri, ziyalılar, ağsaqqallar, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri düzərək, xatirəsini böyük hörmət və ehtiramla yad ediblər.

     

    Sonra tədbir iştirakçıları Masallı rayon Heydər Əliyev Mərkəzində təşkil olunan rayon məktəblilərinin Ulu Öndərin xatirəsinə həsr etdikləri əl işlərindən ibarət yaradıcılıq sərgisinə baxış keçiriblər.

     

    Tədbir axşam saatlarında mədəniyyət işçilərinin iştirakı ilə geniş konsert proqramı ilə yekunlaşıb.

    Fotolar Elsevər Əliyevə aiddir:
















    PAYLAŞ:

    Oxşar xəbərlər