Masallıda rəssam Təhmasib Məcidovun fərdi sərgisi açılıb - FOTOLAR

Masallıda rəssam Təhmasib Məcidovun fərdi sərgisi açılıb - FOTOLAR
  • Mədəniyyət / Manşet

  • Masallıda rəssam Təhmasib Məcidovun fərdi sərgisi açılıb.

    Asiya.az
    xəbər verir ki, mayın 10-da Masallı “Gənclər Evi” sosial xidmət müəssisəsində rəssam Təhmasib Məcidovun fərdi sərgisi açılıb. “Ağ kətan üzərində düşüncələrim” adlı sərgidə rəsmi qonaqlar, mədəniyyət işçiləri, rəssamın ailə üzvləri və yaxınları iştirak edib.

    Sərginin açılışından öncə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Sərginin müəllifi Təhmasib Məcidov tədbirə qatılan qonaqları salamlayıb və sərginin qurulmasında göstərdiyi təşkilati dəstəyə görə “Gənclər Evi”nin rəhbərliyinə minnətdarlığını bildirib. Uşaqlıq arzularının reallaşdığını qeyd edən fırça ustası, əsərlərində həyat lövhələrini ön plana çəkdiyini, həmçinin doğulduğu rayona məxsus təbiət gözəlliklərini tərənnüm etdiyini vurğulayıb.  

    Sonra Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev sərgi ilə bağlı təəssüratlarını tədbir iştirakçıları ilə bölüşüb. Sərginin təşkil olunmasına görə rəssamı təbrik edən S. Əliyev, rayonda belə tədbirlərin keçirilməsini müsbət hal kimi qiymətləndirib. O, deyib ki, sərgidə nümayiş olunan əsərlər mövzu müxtəlifliyi və boyalarla ifadə olunmuş fikirlərin dərinliyinə görə diqqəti cəlb edir.

    Daha sonra sərgi qonaqların iştirakı ilə açıq elan edilib. Sərgi tədbirində rəssamın müxtəlif illərdə yağlı boya ilə kətana köçürdüyü portret, natürmort, peyzaj və digər janrlarda və çeşidli mövzularda işlənmiş əsərləri nümayiş olunur.

    Qeyd edək ki, sərgi may ayının sonunadək davam edəcək. 
    Fotolar Elsevər Əliyevə məxsusdur:


















































    PAYLAŞ:

    Oxşar xəbərlər