Məktəbli qızı xilas edərkən xəsarət alan gömrükçünün son durumu açıqlandı

Məktəbli qızı xilas edərkən xəsarət alan gömrükçünün son durumu açıqlandı
  • Olay

  • İntihar edən məktəbli qızı xilas etməyə çalışarkən ağır xəsarətlər alan gömrük işçisi həftəsonu evə buraxılacaq.

    Oxu.Az-ın əldə etdiyi məlumata görə, 37 yaşlı Zahid Niyazovun vəziyyəti günbəgün stabilləşir.

    Onun müalicə aldığı Mərkəzi Gömrük Hospitalından həftəsonu evə buraxılması gözlənilir.

    Xatırladaq ki, mayın 3-də paytaxtın Xətai rayonu, Qədir Məmmədov küçəsində 11-ci sinif şagirdi, 2005-ci il təvəllüdlü Xumar Babayeva özünü binadan ataraq intihar edib. Hadisə zamanı aşağıda dayanmış 1984-cü il təvəllüdlü Zahid Niyazov onu xilas etməyə çalışarkən ağır xəsarətlər alıb. 
    PAYLAŞ:

    Oxşar xəbərlər