Bakının bu rayonunda binalar sökülür

Bakının bu rayonunda binalar sökülür
  • Sosial

  • Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə və İ.Talıblı küçələrinin kəsişməsində yerləşən binanın söküntüsünə başlanılıb. Hazırda sökülməkdə olan "xruşovka" tipli binanın yerində yaşayış və qeyri-yaşayış binasının tikintisi planlaşdırılır.

    Asiya.az xəbər verir ki, bu barədə Trend-ə bina sakinləri xəbər verib.

    Xatırladaq ki, Yasamal Rayon İcra Hakimiyyətinin baş memarı Eyvaz Bağırov bildirib ki, mərhələli şəkildə həmin ərazidəki bir neçə bina söküləcək.

    Qeyd edək ki, SSRİ-də ilk beşmərtəbəli "xruşovka" bina 1957-ci ildə Moskvada inşa olunub. Bundan qısa müddət sonra SSRİ-nin bütün şəhərlərində bu panel binaların inşasına başlanılır. Azərbaycanda isə "xruşovka"ların tikintisinə 1959-cu ildə start verilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər