Rektor Dövlət Himni səslənəndə ayağa qalxmadı - VİDEO

Rektor Dövlət Himni səslənəndə ayağa qalxmadı - VİDEO
  • Araşdırma / Cəmiyyət

  • Azərbaycan Texnologiya Universitetinin (ATU) rektor Akif Süleymanov səhhətində olan problemlərlə bağlı yenidən gündəmə gəlib.

    Mayın 5-də mərhum dövlət başçısı Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq konfransın açılışına sədrlik edən Akif Süleymanov Dövlət Himni səslənərkən ayağa qalxa bilməyib.
    Redaksiyamıza göndərilən videoda rektorun həmin konfransda şəhidlərimizin ruhuna bir dəqiqəlik sükut elan edilərkən də ayağa qalxmaması diqqətdən qaçmayıb.

    Məsələ ilə bağlı Azərbaycan Texnologiya Universitetinin mətbuat xidmətinin rəhbəri Xəyalə Məmmədova Teleqraf.com-un sualına sualla cavab verib.
    O bildirib ki, ehtimal ola bilərmi, həmin vaxt insan özünü pis hiss edib və ayağa qalxa bilməyib?!

    “Mən ilk dəfə görürəm bu videonu. Tədbir ulu öndərin anım günündə keçirilməyib. Sadəcə olaraq universitetdə ulu öndərə həsr olunmuş beynəlxalq konfransı idi. O, özünü pis hiss etdiyinə görə həmin vaxt ayağa qalxa bilməyib.Hazırda rektorun səhhətinin necə olmasından məlumatsızam. Bildiyim qədəri ilə bayramdan əvvələ kimi (9 May qələbə günü nəzərdə tutulur– red.) qaydasında idi. Gündəlik işə gəlir”.

    Qeyd edək ki, Azərbaycan Texnologiya Universitetinin rektoru Akif Süleymanovun səhhətində ciddi problemlərin olduğu və işə 3-4 adamın köməkliyi ilə gəlməsi barədə görüntülər yayılmışdı. Lakin həmin vaxt universitet məlumatları təkzib etmişdi.
    PAYLAŞ:

    Oxşar xəbərlər