Bu ölkə Ukraynaya döyüşçülər göndərir - 400-dən çox vətəndaş müraciət edib

Bu ölkə Ukraynaya döyüşçülər göndərir - 400-dən çox vətəndaş müraciət edib
  • Hərb

  • Çexiya prezidenti öz vətəndaşlarına Rusiya ilə döyüşmək üçün Ukrayna ordusuna qoşulmağa icazə verib.

    Asiya.az xarici mediaya istinadən xəbər verir ki, Çexiya prezidenti Miloş Zeman 103 Çex vətəndaşının Rusiya ilə döyüşmək üçün Ukrayna ordusuna qoşulmasına icazə verib.

    O, Rusiyaya qarşı döyüşmək üçün Ukrayna ordusuna qoşulmaq istəyən 400-ə yaxın Çexiya vətəndaşının 103 müraciətini təsdiqləyib. Prezidentin sözçüsü Jiri Ovçaçek bununla bağlı sosial şəbəkə hesabından açıqlama verib: 

    "Prezident Miloş Zeman 585/2004 saylı hərbi xidmət və təhlükəsizlik haqqında qanuna əsaslanaraq Ukrayna Silahlı Qüvvələrinə qoşulmaq tələbi ilə bağlı 103 vətəndaşın müraciətini qəbul edib. Qərar baş nazirin imzasından sonra qüvvəyə minəcək”. 
    Ayşən
    PAYLAŞ:

    Oxşar xəbərlər