Viləşçay Su Anbarı İstismarı İdarəsinin rəhbərliyi fermerlərlə görüşdü - FOTOLAR

Viləşçay Su Anbarı İstismarı İdarəsinin rəhbərliyi fermerlərlə görüşdü - FOTOLAR
  • Sosial / Manşet

  • Viləşçay Su Anbarı İstismarı İdarəsinin rəhbərliyi Masallı rayonu ərazisində sudan istifadə edən kəndlərdə fermerlərlə növbəti görüş keçirdi. 

     

    Asiya.az xəbər verir ki, 5 may 2022-ci il tarixində Viləşçay Su Anbarının rəhbərliyi Masallı Rayon İHB-nın Səmidxan-1 kəndində keçirilən görüşdə Səmidxan-2, Ətcələr və Alışanlı kəndlərindən olan əkinçilər də iştirak ediblər.

     

    Tədbir Ulu öndər Heydər Əliyev və şəhidlərimizin xatirəsinin bir dəqiqə sükütla yad edilməsi ilə başlayıb.

     

    Viləşçay Su Anbarı İstismarı İdarəsinin rəisi Rusif Kərimov qarşıdan gələn suvarma mövsümü ilə əlaqədər görülmüş işlərdən danışaraq bildirdi ki, artıq suvarma mövsümü başlayıb. Suyumuz kifayət qədər var. Sizdən xahiş edirəm ki, suvarma işlərin də hansı problemlər ilə rastlaşırsınızsa məlumat verəsiniz.

     

    Səmidxan ərazi nümayəndəsi Həsən Allahverdiyev iclasda çıxış edərək görüş üçün təşəkkürünü bildirərək, Səmidxan kəndlərinin qarşısından keçən kanalın lildən təmizlənməsini xahiş edib.

     

    Səmidxan kənd sakini Şaban Mehtiyev kəndin arxa hissəsində aparıcı su kanalı 50 metr hissəsinin lildən təmizlənməinə ehtiyac olduğunu bildirib.

     

    Ətcələr kənd sakini, tərəvəz əkini ilə məşğul olan Şirəli Əliyev suvarma işlərinin yolunda olmasını, Suvarma suyu ilə tam təmin olunması üçün təşəkkürünü bildirib.

     

    Alışanlı kənd sakini, tərəvəz və bostan əkini ilə məşğul olan Rahim Əliyev suvarma işlərini səmərəli şəkildə istifadə etdiyin bildirərək, öz təşəkkürünü bildirib.

     

    12 may 2022-ci il tarixində Viləşçay Su Anbarının rəhbərliyi Masallı Rayon İHB-nın Qızılavar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində keçirilən görüşdə Qızılavar fermerləri il yanaşı Çayqıraq  Molla Yusifli kəndindən olan əkinçilər də iştirak ediblər.

     

    Qızılavar ərazi nümayəndəsi Əmanət Əzizov görüş üçün təşəkkür edərək, əkinçilərin əksəriyyətinin su ilə təmin olunduğunu bildirib.

     

    Qızılavar kənd sakini Ramazan Heydərov çıxış edərək “mən yonca əkmişəm əsas işim heyvandarlıqdır. Suvarma suyundan tam şəkildə istifadə edirəm. Heç bir problemim olmayıb ona görə sizə təşəkkür edirəm.” – deyə bildirib.

    Çayqıraq kənd sakini Ramazan Abdullayev də heyvandarlıqla məşğul olduğunu və yonca əkdiyini bildirib. O, bildirib ki, suvarma kanalında təmizlənmə işlərinə ehtiyac var, xahiş edirəm nəzərə alasınız.

     

    Molla Yusifli kənd sakini Nazim Hüseynov yonca və  tərəvəz əkini ilə məşğul olduğunu bildirib. O, qeyd edib ki, su ilə tam təmin olunuram və sizə təşəkkür edirəm . 

     

    Viləşçay Su Anbarı İstismarı İdarəsinin rəisi Rusif  Kərimov hər iki görüşdə çıxış edərək bildirdi ki, sizi diqqətlə dinlədim və çalışacayıq ki, suvarma mövsümünü səmərəli aparaq. Sizdən xahiş edirəm ki, suvarma suyunun dəyərini ödəniş çeki vasitəsi ilə “Million” aparatlarında Şıxlar Sudan İstifadə Birliyinin hesabına ödəniş edəsiniz.





















    PAYLAŞ:

    Oxşar xəbərlər