Şəhid Anar Novruzovun doğum günü qeyd edildi – VİDEO/FOTOLAR

Şəhid Anar Novruzovun doğum günü qeyd edildi – VİDEO/FOTOLAR
  • Manşet / Cəmiyyət

  • 2020-ci il Tovuz döyüşləri şəhidi mayor Anar Novruzovun doğum günü uyuduğu Masallı rayonu Ərkivan qəsəbəsində qeyd olunub.

    Asiya TV
     xəbər verir ki, anım mərasimində rayon icra hakimiyyətinin nümayəndələri, idarə rəhbərləri, qəsəbə sakinləri, şəhidin doğmaları, döyüş yoldaşları, qazilər, ictimayət və media nümayəndələri iştirak edib.

    Yaşasaydı, Anar Novruzovun 46 yaşı tamam olacaqdı..
     

    Tədbir Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

     

    Tədbirə şəhid mayorun bacısı qızı Könül Qənbərova aparıcılıq edib.

     

    Çıxış edən Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açıb.

     

    Masallı Xalq Teatırının baş rejissoru Cəmaləddin Əliyevin rəhbərliyi ilə ədəbi-bədii kompazisiya təqdim edib. Məktəblilər vətənə, bayrağa, şəhid Anar Novruzova həsr edilən şeirlər söyləyiblər.

     

    Çıxış edən Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov Şəhid mayor Anar Novruzovun anadan olmasının 46-cı ildönümün yad edilməsi məqsədi ilə Masallı rayon Gənclər və İdman idarəsinin, Təhsil şöbəsinin və “Masallı Gənclər evi” sosial xidmət müəsissəsinin birgə təşkilatçılığı ilə məktəblər arasında keçirilən “Tir atıcılığı”, eləcə də şahmat üzrə kişilər arasında rayon turnirinin qaliblərini elan edərək, onları diplomlarla mükafatlandırıb.


    Mərasimə gələnlər şəhidin məzarı üzərinə əklil və çiçəklər düzüb, ruhuna dualar oxuyublar.

    Digər çıxış edənlər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsinin qısa vaxtda, cəmi 44 gündə tarixi qələbə ilə başa çatdığını, Anar və onun kimi digər şəhidlərimizin qanının yerdə qalmadığını vurğulayıb, torpaqlarımızın azadlığı uğrunda canından keçən oğullarımızın xatirəsinin daim qəlblərdə yaşayacağını söyləyiblər.
     

    Sonda tədbirin təşkilatçısı, şəhid mayorun qardaşı Sucəddin Novruzov çıxış edərək tədbir iştirakçılarına şəhidin ailəsi adından öz minnətdarlığını bildirib.

     

    Tədbir şəhidin adına verilən ehsan süfrəsi ilə başa çatıb.


    Fotolar Elsevər Əliyevə məxsusdur:

















    PAYLAŞ:

    Oxşar xəbərlər