Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) yeni Prezidenti seçilib.
Asiya.az "Report"a istinadən xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
Bildirilib ki, Əbu-Dabi Əmirliyinin vəliəhdi, BƏƏ Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ölkənin yeni Prezidenti seçilib.