Maska ləğvindən sonra metro polisi tərəfindən sərnişinlərin yoxlanılması daha da artıb.
Asiya.az xəbər verir ki, məsələ ilə bağlı oxu.az-ın sorğusunu cavablandıran Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev həmin yoxlamaların COVID-19 xəstələrini müəyyən etmək üçün aparıldığını bildirib:
"Metroya daxil olan COVID-19 xəstələrini müəyyən etmək üçün metronun girişində sərnişinlərin sənədləri yoxlanılır. Lakin bu heç də kütləvi şəkildə aparılmır”.