Viləşçay SAİİ Masallıda çəltik sahələrinə gedən kanalları təmizləyir - FOTO

Viləşçay SAİİ Masallıda çəltik sahələrinə gedən kanalları təmizləyir - FOTO
  • Sosial / Manşet

  • Masallıda çəltik əkiləcək sahələr artıq əkinə hazırlanıb.

    Asiya.az xəbər verir ki, şəltik əkinləri üçün Viləşçay Su Anbarı İstismarı İdarəsi ilə razılaşdırılmaqla su mənbələrinə yaxın kompakt ərazilər müəyyən edilib.

    Hazırda idarənin texnikası rayonun Babaser kəndində yerləşən su anbarından Qəzvinoba kəndinin çəltik sahələrinə qədər olan 4 km-lik beton kanalda təmizləmə işləri həyata keçirir.

    Sözü gedən kanal təmizlənəndən sonra ərazidə olan 10 ha çəltik sahəsi maneəsiz su ilə təmin ediləcək.




    PAYLAŞ:

    Oxşar xəbərlər