Asiya.az "oxu.az"a istinadən xəbər verir ki, artıq fərdi kompüterlər üçün messencerin beta versiyasının istifadəçiləri qrup çatlarını səssizcə tərk etmək imkanına malikdirlər.
Hələlik bu funksiya yalnız kompüterlər üçün messencerin beta versiyasında mövcuddur. Lakin gələcəkdə o, Android və iOS cihazları üçün də tətbiq olunacaq. Qrup söhbətlərindən məxfi çıxış xidmətinin bütün istifadəçilər üçün nə zaman əlçatan olacağı barədə məlumat verilmir.