Daşkəsəndə dini radikalizmə qarşı mübarizə ilə bağlı tədbir keçirilib - FOTO

Daşkəsəndə dini radikalizmə qarşı mübarizə ilə bağlı tədbir keçirilib - FOTO
  • ---

  • Mayın 20-də Daşkəsən Rayon İcra Hakimiyyətinin dəstəyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə “Yeniyetmə və gəncləri radikalizm və ekstremizm təhlükəsindən qoruyaq” mövzusunda keçirilən görüşdə RİH-nin məsul işçisi Elmar Əliyev, DQİDK-nin Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Həsən Məmmədov, regional şöbənin əməkdaşları, Daşkəsən “Cümə” məscidi dini icmasının sədri Ənvər Əliyev, gənclər, rayonun ümumtəhsil məktəblərinin müəllim və şagirdləri iştirak ediblər.

    DQİDK-nin Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Həsən Məmmədov çıxışında  bildirib ki, Komitənin əsas fəaliyyət istiqamətlərindən biri maarifləndirmə işinin həyata keçirilməsidir. O qeyd edib ki, aparılan təhlillərlə dini radikalizm və ekstremizmin əsas qurbanlarının əsasən yeniyetmə və gənclər olduğu müəyyən edilib. Bu fakt nəzərə alınaraq keçirilən maarifləndirmə tədbirlərinə gənclərin cəlb olunmasına xüsusi diqqət yetirilir. Dini radikalizm və ekstremizmin haqqında geniş məlumat verən Həsən Məmmədov çıxışının sonunda – “Dini radikalizm və ekstremizmə qarşı mübarizədə vətəndaşlar dövlət orqanları ilə birlikdə fəal iştirak etməli, bu sahədə ictimai nəzarətin formalaşdırılmasına öz töhfələrini verməlidirlər,” – deyə vurğulayıb. 

    RİHBA-nın dini qurumlarla işin təşkilatçısı Elmar Əliyev çıxışında bildirib ki, Prezident cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizdə müxtəlif dinlərə etiqad edən insanlar qardaşlıq, dostluq və qarşılıqlı hörmət şəraitində yaşayırlar. Elmar Əliyev Daşkəsənin dini durumu barədə də məlumat verib. O deyib ki, ötən dövr ərzində rayonda “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə riayət olunmuş, həmçinin dini durumun sabitliyi və dini etiqad azadlığı sahəsində Konstitusiya prinsiplərinin qorunması təmin edilmişdir. Milli və dini ayrı-seçkiliyə, Azərbaycana yad olan təriqətlərə qarşı maarifləndirmə işləri aparılmışdır. 
    Görüşdə yeniyetmə və gəncləri maraqlandıran suallar cavablandırılıb. 

    Sonda DQİDK-nin sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş olunub.  





    PAYLAŞ:

    Oxşar xəbərlər