Ucar sakinləri Prezidentə müraciət etdi: "2 km yolu təmir etmirlər, kömək edin" - VİDEO

Ucar sakinləri Prezidentə müraciət etdi: "2 km yolu təmir etmirlər, kömək edin" - VİDEO
  • Sosial / Araşdırma

  • Ucar rayonu Bağırbəyli kənd sakinləri Prezidentə müraciət edib.

    Bir nüsxəsi Asiya.az-a daxil olan müraciəti oxuculara təqdim edirik:

    Ucar rayonu Bağırbəyli kənd sakinləri tərəfindən

    MÜRCİƏT

    Cənab Prezident !
    Asiya İnkişaf Bankının maliyyə dəstəyi ilə Ucar rayonunun Alpı, Qulabənd və Bağırbəyli kəndlərində yol tikintisi işləri aparılması üçün pul ayrılmışdır.Həmin lahiyəyə əsasən Alpı və Qulabənd kəndlərinə asfalt çəkilsədə Bağırbəyli kəndində yol tikinti işləri aparılmadı.İzahı isə belə verildi ki, Bağırbəyli kəndində yol tikinti işləri 2022-ci il tarixdə aparılacaq.

    Qeyd edək ki, Qulabən, Alpı və Bağırbəyli kəndləri bir sovetlikdə və bir bələdiyyə təsərrüfatında yerləşir. Bağırbəyli kəndinin əsas yolunun uzunluğu 2 km-dir.Qulabənd və Alpı kəndləri ilə müqayisədə Bağırbəyli kəndinin yolu tam yararsız çox bərbad vəziyyətdədir. Buna görə yol tikintisi başlanmazdan əvvəl bütün bunlar öyrənilməli sonra yol çəkilməli idi.Yolsuzluğa görə Bağırbəyli kənd sakinləri çox əziyyət çəkirlər. Ucar rayon rəhbərliyi nəzərə almalıydı ki, Bağırbəyli kəndinin yolu digər iki kəndin Qulabənd və Alpı kəndlərinin yolundan çox bərbad gündədir.
    Bağırbəyli kəndi Vətən müharibəsində bir şəhid verib, kənd sakinləri olan gənclərimiz müharibədə iştirak ediblər, qazi olanlarda var. Kənd sakini Təbriz Bəkirov Vətən müharibəsində qəhrəmancasına şəhid olub.Qəhrəman şəhidin yaşadığı evə gedən yol çox bərbad yararsız vəziyyətdədir.Bağırbəyli kəndində məktəb olmadığı üçün şagirdlər 3 km aralıda yerləşən Alpı kənd orta məktəbində təhsil alırlar.Yolsuzluğa görə şagirdlər çox əziyyət çəkirlər.Qışda palçıq yayda isə tozdan yolda hərəkət etmək olmur.Çıxılmaz vəziyyətdə qalmışıq. "Azəryol" ASC-nin İdarə Heyətinin sədri Saleh Məmmədova dəfələrlə ərizələrlə müraciətlər etsəkdə heç bir tədbir görməyib.Adama sual verərlər ki, ay Saleh müəllim bizim yaşadığımız Bağırbəyli kəndinin yolunun tikintisi üçün Asiya İnkişaf Bankı tərəfindən ayrılmış vəsaiti hara xərcləmisiniz ?
    Saleh Məmmədovudan bu suala cavab verməsini tələb edirik.
    Azərbaycanın ən ucqar yaşayış məskənlərinə yollar çəkilib insanların rahatlığı təmin olunub.Ancaq çox təssüf olsun ki, Bağırbəyli kəndinə nəzər salınmır.

    Cənab Prezident Sizdən xahiş edirik bərbad vəziyyətdə olmasını nəzərə alıb Bağırbəyli kəndinə yol çəkliməsi üçün səlahiyyətiniz daxilində müvafiq tapşırıqlar verəsiniz.

    İmza; Ucar rayonu Bağırbəyli kənd sakinləri
    1. Bəkirov Ehdibar Akif oğlu şəhid atası Əlaqə telefonu; (050) 976-90-95
    2.Mahmudov Ənvər Soltan oğlu
    3.Məmmədova Vüsalə Qorxmaz qızı
    4.Məlikova Yaqut Məlik qızı
    5.Mahmudova Mahizər Ağaverdi qızı
    6.Mahmudov Mehman Soltan oğlu
    7. Mahmudov Pənah Mehman oğlu müharibə iştirakçısı
    8. Mahmudova Məryəm Məmmədalı qızı
    9. Abbasov Elvin Şəmsəddin oğlu müharibə iştirakçısı
    10. Bəkirov Alim Akif oğlu
    11. Şıxəliyev Bəşir Qnyaz oğlu
    12. Rəhimova Lalə Akif qızı
    13. Şıxəliyev Elçin İnqilab oğlu
    14.Şıxəliyeva Yeganə Yəhya qızı
    15. Şıxəliyev İnqilab Elçin oğlu
    16. Şıxəliyev Paşa Həmid oğlu
    17. Şıxəliyev Orxan Paşa oğlu müharibə iştirakçısı
    18. Şıxəliyev Həmid Paşa oğlu
    19. Cəbrayılov Faxrət Alıhüseyn oğlu
    20. Cəbrayılov Vüqar Faxrət oğlu
    21. Cəbrayılova Bənövşə Ehdibar qızı
    22. Cəbrayılova Gülayət Rüstəm qızı
    23. Mahmudova İradə Məhəmməd qızı
    24. Mahmudov Oruc Elxan oğlu müharibə iştirakçısı
    25. Mahmudov Elxan Soltan oğlu
    26. Heydərov Bəxtiyar Sədyar oğlu
    27. Heydərova Tacnurə Məsim qızı
    28. Məlikova Afət Məlik qızı
    29. Heydərov Süleyman Bəxtiyar oğlu
    30. Quliyev Telman İnqilab oğlu
    31. Həşimova Afaq İslam qızı
    32. Quluzadə Qadir Qabil oğlu müharibə iştirakçısı
    33. Quliyev Qabil İnqilab oğlu
    34. Həşimova Şovkət İslam qızı
    35. Heydərov Aqil Sədyar oğlu
    36. Heydərova Aygün Rasim qızı
    37. Bəkirova Aliyə Mayıl qızı şəhid anası
    38. Bəkirov Ədalət Akif oğlu
    39.Bəkirova Kübra Səməd qızı
    40. Babayev İlyaz Baba oğlu
    41. Babayev Nurlan İlyast oğlu müharibə iştirakçısı
    42. Babayeva Gülbahar Fəzi qızı
    43. Hüseynov Seymur Qnyaz oğlu
    44. Hüseynova Mətanət Sehri qızı
    45. Hüseynov Cavid Seymur oğlu
    46. Zülfüqarov Tofiq Tarif oğlu
    47.Zülfüqarova Tünzalə Dursunəli qızı
    48. Məmmədov İbrahimxəlil Atakişi oğlu
    49.Məmmədova Elnarə Bahadur qızı
    50. Mahmudov Mənsur Bahiyyəddin oğlu
    51. Mahmudova Samirə Osman qızı

    Məsələ ilə bağlı Ucar Rayon İcra Hakimiyyəti tərəfindən "Asiya.az" xəbər portalına aşağıdakı məzmunda məktub daxil olub:
    "Bildiririk ki, Bağırbəyli kənd yolu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin balansındadır və təmir olunması üçün Ucar Rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə müraciət olunmuşdur."

    PAYLAŞ:

    Oxşar xəbərlər