Təlimdə iştirak edən tələbələr mobil rabitənin tarixi, təkamülü, standartları, həmçinin, şəbəkə arxitekturası və texnologiyaları kimi əhatəli mövzular haqqında biliklər əldə edir. Bütün mövzular "Nar”ın texniki heyəti tərəfindən mobil operatorun təcrübəsi əsasında hazırlanır və elə texniki heyətin əməkdaşı tərəfindən keçilir. Təlimlər zamanı tələbələr suallarını birbaşa mobil operatorun nümayəndəsinə ünvanlamaq imkanı əldə edir.
"Azerfon” şirkəti ("Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Şirkət son 3 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur.