"Tiktok"da məşhurlaşmaq üçün meşələri yandırdı - FOTOLAR

"Tiktok"da məşhurlaşmaq üçün meşələri yandırdı - FOTOLAR
  • ---

  • TikTok-da məşhurlaşmaq istəyən gənc qız meşəni yandırıb. 

    AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, TikTok-da məşhurlaşmaq növbəti çılğınlığa yol açıb. "DollyOfficiall" adlı Pakistan fenomeni video çəkiliş üçün meşənin düz yanında qəsdən yanğın törədib.

    TikTok-da 11 milyondan çox izləyicisi olan "Dollyofficial” Pakistan sosial media fenomeni daha çox baxış toplamaq üçün təhlükəli cəhd edib. Video çəkmək üçün meşəyə çox yaxın bir yeri qəsdən yandıran fenomenə qarşı cinayət qaldırıldığı bildirilib.

    Sosial media platformasının icma qaydalarını pozan klip paylaşıldıqdan az sonra silinib.

    Pakistanın "The News International” qəzetinin əldə etdiyi məlumata görə, Dolli videonu çəkməzdən əvvəl qəsdən yanğın törədib.

    Reaksiyalardan sonra sosial media hesabından paylaşan fenomen meşəni yandırmaq fikrində olmadığını və yol kənarındakı qurudulmuş otları yandırdıqlarını iddia edərək özünü müdafiə edib.



    PAYLAŞ:

    Oxşar xəbərlər