DİN: "Ağdamda minaya düşən hərbçinin ayağı amputasiyası edilib"

DİN: "Ağdamda minaya düşən hərbçinin ayağı amputasiyası edilib"
  • Hərb

  • Daxili İşlər Nazirliyi (DİN) Ağdamda minaya düşən hərbçi ilə bağlı məlumat yayıb.

    DİN-in Mətbuat Xidmətindən Asiya.az-a bildirilib ki, nazirliyin Daxili Qoşunlarının hərbi qulluqçusu, 1997-ci il təvəllüdlü Ömərov Seyidağa Mirzəağa oğlu bu gün saat 11:40 radələrində Ağdam rayonunun işğaldan azad edilmiş ərazisində xidmət olarkən minaya düşüb və partlayış nəticəsində ağır bədən xəsarəti alıb.

    O, dərhal xəstəxanaya yerləşdirilib, sağ ayağın dizdən aşağı ətrafı amputasiyası edilib.

    Hazırda vəziyyəti stabildir.
    PAYLAŞ:

    Oxşar xəbərlər