Qırğızıstanda "Qarabağ hekayələri" toplusunun təqdimatı keçirilib

Qırğızıstanda "Qarabağ hekayələri" toplusunun təqdimatı keçirilib
  • Mədəniyyət

  • 23 mayda qardaş Qırğızıstan Respublikasının paytaxtı Bişkek şəhərində "Qarabağ hekayələri" toplusunun təqdimatı keçirilib.

    Asiya.az
    xəbər verir ki, Qırğız Milli Yazarlar Birliyinin (QMYB) tanınmış üzvü, MANAS Universitetinin müəllimi, DGTYB Uluslararası koordinatoru, şair-tərcüməçi Altınbek İsmayılın aparıcısı və əsas təşkilatçılarından biri olduğu təqdimatda Azərbaycanın qardaş ölkədəki Fövqəladə və səlahiyyətli səfiri Lətif Qəndilov, QMYB başqanı, DGTYB Məsləhət Şurasının üzvü, Əməkdar Mədəniyyət xadimi, şair Nurlan Kalibekov və başqa aydınlar, sənətçilər cıxış edib, ürək sözlərini bölüşüb.

    Qeyd edək ki, "Qarabağ hekayələri" Milli Məclisin Mədəniyyət Komitəsinin mənəvi dəstəyi, "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İB, Regional Hüquqi və İqtisadi Maarifləndirmə" İB, QMYB və DGTYB-nin təşkilatçılığı, "AZMAN Holdinq"in maddi dəstəyi ilə 2021-ci ildə çıxıb.

    Kitaba Qənirə Paşayeva və Nurlan Kalibekov önsöz yazıb.

    Təşəkkürlər, Qırğızıstan! Рахмат, Кыргызстан!
    PAYLAŞ:

    Oxşar xəbərlər