Vilayət Eyvazov İnterpolun Milli Mərkəzi Bürosunun rəisini təqaüdə göndərdi

Vilayət Eyvazov İnterpolun Milli Mərkəzi Bürosunun rəisini təqaüdə göndərdi
  • Siyasət

  • Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə Azərbaycanda İnterpolun Milli Mərkəzi Bürosunun rəisi, polis general-mayoru Əlaslan Ağayev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

    Bu barədə Asiya.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

    "Bu münasibətlə Əlaslan Ağayevi qəbul edən nazir daxili işlər orqanlarında uzun müddət səmərəli fəaliyyət göstərdiyinə görə ona təşəkkürünü bildirib, bundan sonrakı həyatında uğurlar arzulayıb", - məlumatda qeyd edilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər