Asiya.az xəbər verir ki, bu sözləri "Şourum"a açıqlamasında müğənni Manaf Ağayev deyib.
"2000-2500-dən yuxarı qiymətə kostyumum olmayıb. Nə üçün buna 5-10 min verim? Həmin qiymətə 8-10 dənə kostyum tikdirərəm. Biznesim, obyektim yoxdur. Toy var gedirəm, olmayanda da getmirəm. Mən sıravi bir müğənniyəm, bütün nəsil üzərimdədir. Sadəcə ağlamıram, sızlamıram, bu da camaatı çaşdırır. Amma bilmirlər ki, toya məndən ikiqat baha qiymətə gedənlər var. Mən imkanlı adam deyiləm".
Ağayev həmkarı Samir Piriyevə ev alması üçün maddi yardım etdiyini də açıqlayıb:
"Zamanında Samirə borc vermişəm, ev alıb. Sonra borcunu qaytarıb. Hamıya gücüm çatan qədər kömək etmişəm. Kim kimə bu gün 100 manat borc verir?"./OLAY