Səudiyyə kralı və şahzadəsi Qarabağa sərmayə qoyacaq? - AÇIQLAMA

Səudiyyə kralı və şahzadəsi Qarabağa sərmayə qoyacaq? - AÇIQLAMA
  • Siyasət

  • "Səudiyyə Ərəbistanının bir sıra şirkətləri var ki, onlar Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə sərmayə qoyuluşunda maraqlıdır və bu sahədə gələcəkdə rol oynayacaqlar".

    Asiya.az
    "Modern.az"a istinadən xəbər verir ki, bunu Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Haməd bin Abdulla bin Səud bin Xudeyr bildirib.
    "Bu da Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən Səudiyyə Ərəbistanının rəhbərliyinə olunan dəvətə əsaslanır. Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud və vəliəhd şahzadə Məhəmməd bin Salman Əl Səud işğaldan azad edilmiş ərazilərə sərmayə qoymağı nəzərdə tutur. Amma bu, investisiya üçün həmin ərazidə əlverişli şərait və mövcud imkanlardan asılıdır", - deyə diplomat vurğulayıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər