Dünyanın ən bahalı futbolçuları açıqlanıb – “10-luq”

Dünyanın ən bahalı futbolçuları açıqlanıb – “10-luq”
  • İdman

  • Dünyanın ən bahalı futbolçularının növbəti reytinqi açıqlanıb.

    Asiya.az Apasport.az-a istinadla xəbər verir ki, CIES futbol observatoriyası potensial transfer dəyərini qiymətləndirərək ən dəyərli oyunçuların siyahısını hazırlayıb.

    Cədvələ 205,6 milyon avroluq dəyərlə PSJ-nin hücumçusu Kilian Mbappe başçılıq edir. "Liverpul”lu Trent Aleksander-Arnold ən bahalı müdafiəçi (87,4 milyon), "Barselona”nın gənc üzvü Pedri isə ən bahalı yarımmüdafiəçidir (135,1 milyon). Qapıçılardan ən dəyərlisi Canluici Donnarummadır (PSJ, 73,7 milyon).

    Reytinqin ilk "100-lüy”ündə ən çox Premyer Liqa təmsilçisi var. İngiltərədə çıxış edən 41 oyunçu siyahıya düşüb.

    1. Kilian Mbappe (PSJ) - 205,6 milyon avro
    2. Vinisyus Junior ("Real”) - 185,3 milyon
    3. Erlinq Haland ("Mançester Siti”) – 152,6 milyon
    4. Pedri ("Barselona”) - 135,1 milyon
    5. Cud Bellinqem ("Borussiya”, Dortmund) - 133,7 milyon
    6. Fil Foden ("Mançester Siti”) – 124 milyon
    7. Frenki de Yonq ("Barselona”) - 112,5 milyon
    8. Luis Dias ("Liverpul”) – 110 milyon
    9. Ruben Diaş ("Mançester Siti”) – 109,6 milyon
    10. Ferran Torres ("Barselona”) - 109,5 milyon
    PAYLAŞ:

    Oxşar xəbərlər