Adının sonunda “LT” olan “sirli” şirkətləri kimlər himayə edir? – Siyahı

Adının sonunda “LT” olan “sirli” şirkətləri kimlər himayə edir? – Siyahı
  • Araşdırma / İqtisadiyyat

  • Kürdəmir rayon Psixiatriya Xəstəxanası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka  sorğusu) qalibi məlum olub.

    Asiya.az açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, tender müsabiqəsinin qalibi “ELM 86 LT” MMC (VÖEN- 1505772971) olub.
    Kürdəmir rayon Psixiatriya Xəstəxanası dəftərxana və təsərrüfat xərclər üçün “ELM 86 LT” MMC-yə 34 min 520 manat ödəyəcək.
    Məlumat üçün bildirək ki, 35 min manatlıq tender müsabiqəsinin qalibi olan “ELM 86 LT” MMC tender elanından təxminən ay yarım əvvəl dövlət qeydiyyatına alınıb.

    Kürdəmir rayon Psixiatriya Xəstəxanası tender elanını 12.03.2022-ci il tarixində elan edib. Qalib şirkət isə 24.01.2022-ci il tarixində qeydiyyata alınıb.
    Onu da qeyd edək ki, “ELM 86 LT” MMC dövlət qeydiyyatına alındıqdan 8 gün sonra (02.02.2022-ci il) “İctimai Səhiyyə və İslahatlar Mərkəzi”nin keçirdiyi tenderdə də qalib olub.
    Maraqlıdır ki, cəmi 8 gün əvvəl yaranan, nəinki rəsmi veb-səhifəyə, hətta sosial şəbəkə hesabına sahib olmayan bu şirkətlərin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı aydın deyil.

    Qeyd edək ki, “Dövlət satınalmaları haqqında” Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması lazımdır.
    Nizamnamə kapitalı 10 manat olan “ELM 86 LT” MMC-nin hüquqi ünvanı “Nərimanov rayonu, Ağa Nemətulla, ev 56, m. 105/135”-də yerləşir. Qanuni təmsilçisi isə Axundov Elman Qulu oğludur.

    Maraqlı məqamlardan biri də odur ki, son bir il ərzində “ELM 86 LT” MMC-nin dövlət qeydiyyatına alındığı ünvanda onlarla şirkət qeydiyyata alınıb. Bu şirkətlərin bir-neçəsinin qanuni təmsilçisi də eyni şəxslər olub.
    “ELM 86 LT” MMC-nin qanuni təmsilçisi Axundov Elman Qulu oğlu eyni gündə, eyni ünvanda və eyni nizamnamə kapitalı ilə qeydə alınan daha 3 şirkətə – “GREEN STORM CORP” MMC, “STAR-08 LT” MMC və “GOLD PLANET LT” MMC MMC-lərin də rəhbəridir.
    Onu da qeyd edək ki, bu şirkətləri birləşdirən təkcə onların eyni ünvanda qeydiyyatda olması deyil, eyni zamanda şirkət adlarındakı bənzərlik də bu şirkətlərin bir-birilə hansısa əlaqələrinin olduğunu göstərir.
    Üstəlik ad bənzərliyi olan onlarla MMC başqa ünvanlarda da dövlət qeydiyyatına alınıb.

    Məsələn, yaxın tarixlərdə “Ağa Nemətulla, ev 56, m. 105/135” və “Yasamal rayonu, H.Q.Mustafayev, ev 11” ünvanında qeydə alınan onlarla şirkətin adında 2 rəqəm və “LT” hərfləri yer almaqdadır. Bu məqam açıq şəkildə göstərir ki, qısa müddət əvvəl dövlət qeydiyyatına alınan və heç bir təcrübələri olmadığı halda çoxsaylı tenderlərin qalibi olan şirkətlər bir mərkəzdən idarə olunurlar.//Yeniavaz.com

    Qısa müddət ərzində “Nərimanov rayonu, Ağa Nemətulla, ev 56, m. 105/135” və “Yasamal rayonu, H.Q.Mustafayev, ev 11” ünvanlarında dövlət qeydiyyatına alınan şirkətlərdən bəzilərinin siyahısı:




    PAYLAŞ:

    Oxşar xəbərlər