Oliqarxiyanın Kəlbəcərdə planı nədir? – EKSPERT AÇIQLADI

Oliqarxiyanın Kəlbəcərdə planı nədir? – EKSPERT AÇIQLADI
  • Manşet / İqtisadiyyat

  • “Əgər hökumət geniş turizm potensialı olan ərazilərə, yüksək kommersiya gətirisi olacaq layihələrə də xarici investor cəlb edə bimirsə, deməli ölkədə sərmayə mühiti hətta göründüyündən və bizim düşündüyümüzdən daha pisdir”.

    Asiya.az xəbər verir ki, bu sözləri iqtisadçı-ekspert Rövşən Ağayev sosial şəbəkə hesabında yazıb. Paylaşımda deyilir:
    “Mediada yayılan xəbərə görə, hökumət Kəlbəcərdə mineral suların emalı və sanatoriyaların qurulması üçün biznesə dövlət-özəl sektor partnyorluğu təklif etməyə hazırlaşır.

    Dövlət-özəl sektor partnyorluğu bir qayda olaraq kommersiya riski yüksək, göstərilən xidmətlərin (yaxud istehsal olunan məhsulların) sosial əhəmiyyəti böyük, amma gözlənilən mənfəətliliyi o qədər də yüksək olmayan layihələrə təklif edilir.

    Məsələn, hazırda dünayada tələbə yataqxanaları, alternativ enerji, zaman və məsafəni qısaldan ödənişli (həm də bahalı) avtomobil yolları, məişət tullantılarının emalı ilə bağlı layihələrdə bu cür partnyorluq daha geniş yayılıb.
    Yəqin yekunda oliqarxiya-monopoliya şəbəkəsinə üzv olan şirkətlər dövlətdən partnyorluq adı ilə hər cür dəstək almaqla həmin layihələri gerçəkləşdirəcəklər”.
    Aytac
    PAYLAŞ:

    Oxşar xəbərlər