"Facebook"da qızla yazışması üzə çıxan YAP sədrindən - AÇIQLAMA

"Facebook"da qızla yazışması üzə çıxan YAP sədrindən - AÇIQLAMA
  • Araşdırma / Cəmiyyət

  • "Təəssüflər olsun ki, bəzi saytlar 2016-ci ildə mənə qarşı aparılmış iyrənc kampaniyanı yenidən gündəmə gətiriblər. Onlara deyəcək heç bir sözüm yoxdur. Sadəcə demək istəyirəm ki, həmin dövrdə dövlətçi mövqemə görə Avropadan maliyyələşən bəzi şəxslər mənə qarşı kampaniya qurmuşdular və sonradan onlar ifşa olundular".
     
    Asiya.az
    xəbər verir ki, bu sözləri Azxeber.com-a açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov deyib.
     
    O bəzi saytlarda bir qadınla yazışmasının yayılmasının özünə qarşı təxribat adlandırıb: "Bu söhbət 2016-ci ildə olub və bunu kimlərin hazırladığı, qara pr kampaniyasını kimlərin həyata keçirdiyi mənə məlumdur. Təəsüflənirəm ki, bəzi saytlar 6 il öncəki xəbərləri yeni olmuş kimi gündəmə gətiriblər. Bizim mövqeyimiz, dövlətə sevgimiz hər kəsə bəllidir. Belə ucuz vasitələrlə bizi yolumuzdan döndərə bilməzlər".

    Bir zamanlar özünü "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sabiq sədri Cavid Qurbanovun müşaviri kimi təqdim edən Həbib Misirovla bağlı şok yazışmalar ortaya çıxıb.
     
    Qeyd edək ki, hazırda Yeni Azərbaycan Partiyasının (YAP) Kəlbəcər rayon təşkilatının sədri vəzifəsində çalışan Həbib Misirov bir xanımla tanışlıq məqsədi ilə sosial şəbəkədə yazışıb.
     
    Yazışmanın diqqət çəkən məqamı qadının H.Misirova "Səndən uşağım olsun" təklifidir.
     

     
    32gun.az-a verilən məlumatda həmçinin iddia olunur ki, Cavid Qurbanovun atası Qənbər Qurbanov dünyasını dəyişənə qədər Həbib Misirov  onun "baxıcısı" olub. Belə ki, mərhumun təmizlik işlərinə xüsusi nəzarət edən şəxs olub.
     
    İddiaya görə, bunun nəticəsində C.Qurbanov atası dünyasını dəyişdikdən sonra Həbib Misirovu mükafatlandıraraq, YAP Kəlbəcər rayon təşkilatının sədr gətirdib.
    PAYLAŞ:

    Oxşar xəbərlər