"WhatsApp" daha bir yenilik: Sizə yaza bilməyəcəklər

"WhatsApp" daha bir yenilik: Sizə yaza bilməyəcəklər
  • Maraqlı

  • "WhatsApp”a yeni özəllik gəlir.
     
    Asiya.az xarici mediaya istinadən xəbər verir ki, iOS 15 üçün hazırlanan yeni yeniləmə ilə "WhatsApp” "narahat etməyin” özəlliyini sınaqdan keçirir.
     
    "WhatsApp” bu yaxınlarda qruplarda iştirakçı limitini 512-yə çatdıraraq istifadəçilərin rəğbətini qazanıb. Mesajlaşma proqramı indi daxil olan zəngləri buraxanlara kömək edəcək funksiya hazırlayır. İstifadəçilər evdə və ya işdə olub-olmamasından asılı olaraq, yatarkən bildiriş alacaqlarını müəyyən edə bilərlər.
     
    "Narahat etməyin" rejimi aktiv olduqda "WhatsApp” sizə gələn zənglər barədə məlumat verəcək. Hələ inkişaf mərhələsində olan funksiya artıq "WhatsApp”ın beta versiyasının istifadəçiləri üçün əlçatandır.
     
    Onun geniş ictimaiyyətə nə vaxt təqdim ediləcəyi hələlik bəlli deyil.
    Ayşən

    PAYLAŞ:

    Oxşar xəbərlər