Bu sahədə xərcin 50%-ni dövlət ödəyəcək – PREZİDENTDƏN FƏRMAN

Bu sahədə xərcin 50%-ni dövlət ödəyəcək – PREZİDENTDƏN FƏRMAN
  • Siyasət / Manşet

  • Prezident İlham Əliyev İxtiraçılıq fəaliyyətinin stimullaşdırılması haqqında fərman imzalayıb.

    Asiya.az xəbər verir ki, fərmana əsasən bundan sonra Azərbayxan şirkətlərinə və şəxslərinə məxsus olan ixtiraların və faydalı modellərin beynəlxalq sistemlərdə təsdiqlənməsi xərcinin yarısını dövlət ödəyəcək.Fərmanda deyilir ki, Azərbaycan Respublikasında ixtiraçılıq fəaliyyətini stimullaşdırmaq və bu sahəyə dövlət dəstəyi göstərmək məqsədilə ixtiraların və faydalı modellərin Patent Əməkdaşlıq Sazişi (PCT) beynəlxalq sistemi vasitəsilə xarici dövlətlərdə patentləşdirilməsi və onların ilk üç il müddətində qüvvədə saxlanılması üçün Azərbaycan Respublikasının vətəndaşı olan hüquq sahiblərinin ödədikləri xərclərin 50 faizi dövlət tərəfindən maliyyələşdiriləcək.

    Fərmanda Nazirlər Kabinetinə taphırılıb ki, sözügedən xərclərin dövlət tərəfindən maliyyələşdirilməsi qaydasını Azərbaycan Prezidenti ilə razılaşdırmaqla üç ay müddətində təsdiq etsin.

    Maliyyə Nazirliyi fərmanda nəzərdə tutulan maliyyələşməni həyata keçirmək üçün tələb olunan vəsaitin hər il dövlət büdcəsindən Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə ayrılmasını təmin edəcək.

    Öz növbəsində Əqli Mülkiyyət Agentliyi bu Fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.
    PAYLAŞ:

    Oxşar xəbərlər