Daşkəsəndə “ZƏRƏRLİ VƏRDİŞLƏR SAĞLAMLIQ ÜÇÜN TƏHLÜKƏDİR” mövzusunda maarifləndirici tədbir keçirildi - FOTOLAR

Daşkəsəndə “ZƏRƏRLİ VƏRDİŞLƏR SAĞLAMLIQ ÜÇÜN TƏHLÜKƏDİR” mövzusunda maarifləndirici tədbir keçirildi - FOTOLAR
  • Sosial

  • İyunun 17-də Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM)  Daşkəsən Rayon İcra Hakimiyyətinin və Daşkəsən Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirdiyi tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, Daşkəsən şəhər “Cümə” məscidi dini icmasının üzvləri və  gənclər iştirak ediblər.

    Daşkəsən RİH-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elmar Əliyev tədbir iştirakçılarını RİH-nin başçısı Əhəd Abıyevin adından salamladıqdan sonra çıxış edərək bildirib ki, Daşkəsən rayonunda əhalinin sağlamlığının qorunması, gənclərin sağlam ruhda tərbiyə olunması daim diqqət mərkəzində saxlanılır, xüsusən yeni nəsli sağlamlığa təhlükə törədən tütünçəkmə, narkomaniya kimi zərərli vərdişlərdən qorumaq mühüm məsələlərdəndir. Elmar Əliyev görüşün “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 4.4.11-ci bəndinin, habelə “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya”nın icrası üzrə əsas fəaliyyət istiqamətlərinin 9.2.1-ci bəndinin tələblərinə uyğun olaraq keçirildiyini də diqqətə çatdırıb.
    Daşkəsən Rayon Heydər Əliyev Mərkəzinin direktoru Nailə Məmmədova gənclərin inkişafı üçün sağlam həyat tərzi keçirməyin vacibliyini qeyd edərək zərərli vərdişlərin doğurduğu fəsadlar haqqında onları vaxtında məlumatlandırmağın əhəmiyyətini qeyd edib.
    İSİM-in Səhiyyə kommunikasiyası şöbəsinin müdiri Laura Quliyeva paytaxtda və regionlarda sağlam həyat tərzinin təbliğinə dair keçirilən silsilə tədbirlərin təsirini vurğulayaraq bildirib ki, səhiyyə işçiləri və ictimai səhiyyə mütəxəssisləri tərəfindən əhali arasında keçirilən tədbirlərdə sağlam həyat tərzi istiqamətində geniş təbliğat aparılır. 
    İSİM-in İctimai sağlamlıq şöbəsinin müdiri Tofiq Musayev isə qeyri-infeksion xəstəliklər barəsində ətraflı məlumat verərək deyib ki, zərərli vərdişlər qeyri-infeksion xəstəliklərin əsas risk amillidir. 

    Tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında müzakirələr aparılıb. 





    PAYLAŞ:

    Oxşar xəbərlər