"İnstagram"da yeni funksiya: Bəziləri sevinəcək, bəziləri...

"İnstagram"da yeni funksiya: Bəziləri sevinəcək, bəziləri...
  • Maraqlı

  • "İnstagram”da yeni funksiya işə salınacaq.

    Asiya.az xəbər verir ki, ölkəmizdə çox məşhur olan "İnstagram”a yeni funksiya gəlib. 

    Dünyaca məşhur sosial media platforması olaraq diqqətləri üzərinə çəkməyə davam edən "İnstagram” yeni xüsusiyyətləri və yeniləmələri ilə gündəmdə qalmaqda davam edir. Son zamanlar "Twitter” və "TikTok” kimi müxtəlif sosial media platformalarındakı böyük rəqabət bu proqramları bir-birinin ardınca yeniləməyə məcbur edir.

    "İnstagram” bu yaxınlarda çarxların müddətini 60 saniyədən 90 saniyəyə qədər artırıb.
     
    Son yeniliyə görə, "İnstagram” hekayə uzunluğunu 15 saniyədən 60 saniyəyə qədər artırır.

    Hazırda sınaq mərhələsində olan yeni yeniləmə əvvəlcə bəzi məhdud hesablara istifadəyə verilib. Ancaq yaxın gələcəkdə hekayənin bütün hesablarda 60 saniyə olacağı gözlənilir.
    Ayşən
    PAYLAŞ:

    Oxşar xəbərlər