Masallıda Polislərin peşə bayramı qeyd olundu – VİDEO/FOTOLAR

Masallıda Polislərin peşə bayramı qeyd olundu – VİDEO/FOTOLAR
  • Sosial / Manşet

  • İyulun 2-də Azərbaycan Polisi yaranmasının 104-cü ildönümünü qeyd edir. 

    Ümummilli lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı Fərmanla iyulun 2-si Azərbaycan Polisi Günü elan olunub.

    Daxili İşlər Nazirliyinin ayrılmaz və fədakar bir hissəsi olan Masallı polisi də öz bayramını özünəməxsus qeyd edib.

     

    Asiya TV xəbər verir ki, bayram tədbiri Masallı Rayon Polis Şöbəsinin həyətində polislərin sıra düzümü ilə başlayıb.

     

    Sonra Ümummilli Lider Heydər Əliyevin abidəsi və şəhər ərazisində yerləşən “Qəhrəmanlar parkı” Şəhidlər abidə kompleksi böyük ehtiramla yad edilib, önünə gül-çiçək dəstələri düzülüb.

     

    Ulu öndər Heydər Əliyev və Azərbaycan şəhidlərinin ruhunun bir dəqiqəlik sükutu ilə başlayan tədbiri giriş sözü ilə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov açaraq polis işçilərini peşə bayramı münasibətilə təbrik edib. 

     

    Sonra Masallı rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Azay Ağayevin məruzəsi dinlənilib. Polis rəisi çıxışında qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin ikinci dəfə Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra ölkəmizdə bütün sahələrdə olduğu kimi, polis orqanlarında da köklü islahatlar həyata keçirilib. Hazırda Prezident cənab İlham Əliyev bu siyasəti uğurla davam etdirir. Daxili İşlər Naziri Vilayət Eyvazovun düzgün kadr islahatı, polis işçilərinə qayğısı bu peşəyə gənclərin sevgisini artırıb.

    Tədbirdə Masallı rayon Prokuroru Vəli Mustafayev, Masallı rayon Məhkəməsinin sədri Firdovsi Əliyev, Dövlət Təhlükəsizlik Xidməti Masallı rayon şöbəsinin rəisi Emin Süleymanov, Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev, iki şəhid anası Ziba Əsgərova və başqaları çıxış ediblər. 

     

    Çıxışlarda qeyd olunub ki, xalqımız Azərbaycan polisinə böyük inam bəsləyir, Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində, milli maraqlarının qorunmasında polisin xidmətləri danılmazdır.

     

    Tədbirdə polis orqanlarında səmərəli fəaliyyətinə görə şöbənin bir qrup işçisinə Masallı Rayon İcra Hakimiyyətinin Fəxri fərmanı, şəhid ailələrinə isə Masallı RPŞ tərəfindən qiymətli hədiyyələr təqdim edilib.



    Masallı şəhərində fəaliyyət göstərən “Viləş” və “Şəkər bala” uşaq bağçalarının kiçik fidanları polis paltarında Masallı RPŞ-nə gələrək Masallı polisini təbrik ediblər.

     

    Daha sonra çay süfrəsi arxasında Masallının veteran polisləri ilə görüş keçirilib. Səmimi keçən görüşdə çıxış edən veteranlar öz xatirələrini bölüşüb, fədakar fəaliyyətlərindən söz açıblar.

    Onlar peşə bayramlarında yad edildikləri, unudulmadıqları üçün Masallı RPŞ rəisi Azay Ağayevə təşəkkür edib, onu “Polkovnik” rütbəsi alması münasibəti ilə təbrik ediblər. 

    Asiya TV











































    PAYLAŞ:

    Oxşar xəbərlər