Gəncədə büdcə talayan iki dost: Niyazi Bayramov tenderləri niyə eyni şirkətə verir? – FAKT

Gəncədə büdcə talayan iki dost: Niyazi Bayramov tenderləri niyə eyni şirkətə verir? – FAKT
  • Araşdırma / İqtisadiyyat

  • Son 2 ildə Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən keçirilən 10 tender müsabiqəsinin qalibi təsadüfə bax ki, bir şirkət olur: “Rövşən Oğuz Qrup” MMC.

    Asiya.az
    xəbər verir ki, şirkət son 2 ildə 66 milyonluq tenderin qalibi olub. Bu rəsmi olaraq satınalmalar saytında öz əksini tapıb.
    Biri Gəncə Dövlət Dram teatrının binasının tikintisi üçündür, 8 il əvvəl təməli qoyulub. Digəri isə Gəncədə İdman Sarayının tikintisi üçündür, 4 ildir təməli qoyulub.

    Şirkət Hafiz Carı oğlu Mustafayevin adına qeydiyyatdan keçib. Hafiz Mustafayev həm də “Afra Qrup” şirkətinin də sahibidir, Oğuzdakı Afra Hoteli də Hafiz müəllim işlədir, həmçinin tikinti şirkəti var, mebel və dizayn şirkəti var, “Qalakənd MMC” adlı şirkəti var. Hafiz müəllimin Oğuz rayonunun 11 illik icrabaşı, eks deputat Eyvaz Qurbanovla yaxın dost olduğu deyilir.

    Eyvaz Qurbanov Binəqədi rayonu, Ə. Naxçıvani küçəsi, ev 14 ünvanında yaşayır. Hafiz Mustafayev də Binəqədi rayonu, Ə. Naxçıvani küçəsi, ev 12 ünvanında yaşayır. İki qonşu-dost baş-başa verib büdcəni talayırlar.
    Gəncənin icra başçısı Niyazi Bayramov da buna şərait yaradır, göz yumur, tenderlərdə məhz tanışları, yaxın adamları dəfələrlə qalib müəyyən olunur.
    PAYLAŞ:

    Oxşar xəbərlər