Bundan başqa, mobil operatorun sosial media səhifələrində keçiriləcək müsabiqələrdə iştirak etməklə "Nar”dan dəyərli hədiyyələr, ən əsası, iki nəfərlik səyahət paketi qazanmaq şansı da əldə edirsiniz.
"Nar”ın sürpriz və yeniliklərini sosial mediada kampaniyanın rəsmi simaları İradə Qədirova (Instagram: irada_gadirova), Samirə Əfəndi (Instagram: efendi_music) və Cəfər Nəcəfov (Instagram: jafarnajafov) paylaşacaqlar.
"Azerfon” şirkəti ("Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. Şirkət son 3 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur.