“İSTİ SU” sənədli filmi nümayiş edildi - FOTOLAR

“İSTİ SU” sənədli filmi nümayiş edildi - FOTOLAR
  • Mədəniyyət / Manşet

  • Masallı rayonunda yerləşən “İsti-su” şəfa sanatoriyasında “İSTİ SU” adlı sənədli filmin nümayişi olub.

    Asiya.az xəbər verir ki, “Masal prodakşın”ın istehsalı olan sənədli filmin nümayişində ziyalılar, media nümayəndələri, sanatoriyanın işçi heyəti və orada müalicə alan şəxslər iştirak ediblər.


    Ərazi bütövlüyümüz uğrunda öz canlarını fəda edən şəhidlərimizin əziz ruhunun bir dəqiqəlik sükütü ilə başlayan tədbiri giriş sözü ilə “Masal prodakşın”ın baş direktoru Cəfər Cəfərov açıb. O bildirib ki, “İSTİ SU” sənədli filmində odlar yurdunun dilbər guşəlrindən olan Masallı rayonunda sağlamlıq mənbəyi kimi məşhur olan mineral və termal sulardan bəhs edilir.
    Filimdə həmçinin “İstisu” Şəfa Sanatoriyasının yaranmasından, onun müalicəvi əhmiyətindən və hazırki fəaliyyətindən danışılır.

    Sonra sənədli filmin nümayişi olub.

    Nümayişdən sonra çıxış edən sanatoriyanın baş həkimi Səxavət İbadov və həkim Arif Əliyev isti-sunun müalicəvi əhəmiyyətindən danışıblar.

    Şair Mərdan Dadaşlı cənub bölgəsinə həsr etdiyi şeirini səsləndirib, şairanə sözlərlə tanrının Masallıya bəxş etdiyi gözəllikləri vəsf edib.

    Sanatoriyada müalicə alan Abşeron rayon sakinləri Rasim Hüseynov Ədalət Ağayev onlara göstərilən qayğıdan, keyfiyyətli müalicədən söz açıblar.

    Əslən Qarabağlı olan Ramiz Balakişiyev  Dağbəyi İsmayılov uzun illər işğal altında olan Kəlbəcər rayonundakı “İsti-su” əlçatan olmadığı üçün müalicəyə Masallı “İsti-su”yuna gəldiklərini və bu sudan şəfa tapdıqlarını bildiriblər.

    Sonda “İsti-su” şəfa sanatoriyasının rəhbəri, sahibkar Hacı İldırım Allahyarov tədbir iştirakçılarını müqəddəs Qurban Bayramı münasibəti ilə təbrik edib. Sanatoriyanın keçmişi və bu günü barədə ətraflı məlumat verən iş adamı sənədli filmin ərsəyə gəlməsində əməyi olan yaradıcı heyətə öz təşəkkürünü bildirib. O bildirib ki, sanatoriyada müalicə alan turistlərin asudə vaxtlarının təşkilinə hər zaman diqqət ayrılır. Bu günkü film nümayişini də mədəni istirahət saymaq olar. 

    Xatırladaq ki, ötən il “Masal prodakşın”ın istehsal etdiyi sənədli filmin ideya və ssenari müəllifi Cəfər Cəfərov, quruluş və təsvir rejissoru Elsevər Əliyev, Montaj rejissoru Faiq Mirzə, Dron operatoru Vadim Eyvazoğludur.








































    PAYLAŞ:

    Oxşar xəbərlər