DAŞKƏSƏNDƏ HEYVANDARLIQ SAHƏSİNDƏ FƏALİYYƏT GÖSTƏRƏN SAHİBKARLIQ SUBYEKTLƏRİNİN ÇƏTİNLİKLƏRİNİN ÖYRƏNİLMƏSİNƏ DAİR GÖRÜŞ KEÇİRİLİB

DAŞKƏSƏNDƏ HEYVANDARLIQ SAHƏSİNDƏ FƏALİYYƏT GÖSTƏRƏN SAHİBKARLIQ SUBYEKTLƏRİNİN ÇƏTİNLİKLƏRİNİN  ÖYRƏNİLMƏSİNƏ DAİR GÖRÜŞ KEÇİRİLİB
  • Sosial

  • İyulun 21-də Daşkəsən rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbir Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında" 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanından irəli gələn məsələlərin yerlərdə icrasını təmin etmək məqsədi daşıyıb. 

    Görüşdə Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırması şöbəsi müdiri Vüqar Məmmədov, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Gəncə-Qazax Regional koordinatoru Anar Əliyev, Daşkəsən KOB dostu Muraz Məmmədov, Dövlət Məşğulluq Agentliyinin Daşkəsən rayon xidmət şöbəsinin mütəxəssisi Elvin Verdiyev, “Paşa Sığorta” ASC-nin Gəncə nümayəndəliyinin rəhbəri Saleh Nəsibli, “Kapital” bankın Daşkəsən filialının nümayəndəsi Cəfər Cəfərzadə, Qida Təhlükəsizliyi Agentliyinin Gəncə regional bölməsinin nümayəndələri Məhəmməd Zeynalov və Asim Zülfəli, rayonun aidiyyəti xidmət sahələrinin rəhbər və nümayəndələri, bir qrup sahibkar və fermerlər iştirak ediblər. 
    RİHB-nin müavini Vüqar Məmmədovun və KOBİA-nın Gəncə-Qazax regional koordinatotu Anar Əliyevin Daşkəsən rayonunda heyvandarlıq və kənd təsərrüfatı sahəsində  mövcud vəziyyət və qarşıda duran vəzifələrə dair ətraflı çıxışlarından sonra rayon ərazisində dövlət tərəfindən aqrar sahədə nəzərdə tutulan mövcud kredit və digər əlverişli güzəştlərdən səmərəli istifadə olunmasında yaranmış çətinliklərin aradan qaldırılması, fermer və kənd təsərrüfatı istehsalçılarının fəaliyyət imkanlarının genişləndirilməsi üçün subsidiyaların vaxtında verilməsi, aqrar sahədə sahibkarlığın inkişaf etdirilməsi barədə müzakirələr aparılıb, bununla bağlı sahibkar və fermerləri maraqlandıran çoxsaylı  suallar cavablandırılıb.

    Sonda sahibkar və fermerlərə məlumatlandırıcı materiallar paylanıb.









    PAYLAŞ:

    Oxşar xəbərlər