"Rapid" – "Neftçi" oyununun bilet qiymətləri açıqlandı

"Rapid" – "Neftçi" oyununun bilet qiymətləri açıqlandı
  • İdman

  • Avstriyanın "Rapid" klubu "Neftçi"yə qarşı keçirəcəyi UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununun biletlərinin qiymətini açıqlayıb.

    Asiya.az Vyana təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, A kateqoriyasına biletlər böyüklərə 25 avro, uşaqlar üçün isə 8 avroya satışa çıxarılır.

    B kateqoriyasındakı biletlər müvafiq olaraq 22 və 7 avro, C kateqoriyasında isə 15 və 5 avrodur. Sonuncu kateqoriyada yalnız 12 avroluq böyüklər üçün biletlər satılır.

    Qeyd edək ki, avqustun 11-də keçiriləcək "Rapid" – "Neftçi" matçı Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. İlk qarşılaşma avqustun 4-də "Bakcell Arena"da olacaq.
    PAYLAŞ:

    Oxşar xəbərlər