Avqust ayı bu bürclər üçün uğursuz olacaq - Astroloqlar açıqladı

Avqust ayı bu bürclər üçün uğursuz olacaq - Astroloqlar açıqladı
  • Maraqlı

  • Astroloqlar 2022-ci ilin avqustunun 2 bürc üçün ağır olacağını açıqlayıb.

    Asiya.az xarici mediaya istinadən xəbər verir ki, bunlar balıq və xərçəng bürcləridir.

    Balıq

    Astroloqlar avqustun əvvəlində balıqların çətinlik çəkəcəyini bildirirlər. Bu, bəzi sənədlərin, icazələrin və ya məhkəmə çəkişmələrinin icrası ola bilər. Bir sözlə, balıqlar avqust ayında daha çox sənəd işlərində problem yaşacaq. Həmçinin balıqlar maliyyə çatışmazlığından əziyyət çəkəcəklər. Ailə büdcəsinə ağır zərbə vura biləcək gözlənilməz xərclər ola bilər. Şəxsi həyatlarında isə hər şey qaydasında olacaq. 


    Xərçəng

    Xərçəngləri ailədə problem gözləyir. Astroloqlar iddia edir ki, ailələrdə qalmaqallar, davalar olacaq. Onlardan qaçmaq çətin olacaq, çünki münaqişə uzun müddətdir davam edir. Uzun müddətdir ki, yığılıb qalan problemlər xərçənglərin və yaxınlarının çiyninə düşür. Astroloqlar danışmağı və problemi həll etməyi məsləhət görür. Xərçənglərin maddi cəhətdən problemi olmayacaq.
    PAYLAŞ:

    Oxşar xəbərlər