Afət də Flora Kərimovanı məhkəməyə verdi

Afət də Flora Kərimovanı məhkəməyə verdi
  • Mədəniyyət

  • Xalq artisti Flora Kərimova ilə müğənni Afət Fərmanqızının məhkəməsinin keçiriləcəyi tarix bəlli olub.

    Asiya.az axşam.az-a istinadən bildirir ki, bu haqda Afət paylaşım edib. O bildirib ki, F.Kərimovanı məhkəməyə verib və ilk iclas avqustun 2-də keçiriləcək. 

    "Bu dəfə mən onu məhkəməyə verdim. Flora Kərimova dediyi təhqirlərə cavab versin. Jurnalistlərə deyib ki, xəbərim yoxdur. Yoxdursa, bunu oxusun və xəbər tutsun" deyə, Afət əlavə edib. 

    Qeyd edək ki, F.Kərimova da Fərmanqızını məhkəməyə verib. Flora Kərimova müğənni Afət Fərmanqızını onu təhqir etdiyi üçün Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddəsi ilə ittiham olunmasını tələb edir.

    Xatırladaq ki, bir neçə aydır A.Fərmanqızı ilə Xalq artisti Flora Kərimova arasında məhkəmə çəkişməsi davam edir.

    Əlavə edək ki, jurnalist Ülviyyə Alovlu da bir müddət əvvəl müğənnini məhkəməyə verdiyini açıqlayıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər