Asiya.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi "Hesablama Palatası” haqqında qanuna edilən dəyişiklikdə əksini tapıb.
Hesablama Palatasının üzvlərinə hər ay vəzifə maaşlarının iki misli həcmində vəzifə maaşına əlavə ödəniləcək.
Qanuna əsasən, Hesablama Palatasının üzvlərinə əmək məzuniyyətinə çıxarkən müavinət verilməsinə dair müddəa da ləğv olunub.
Qanun 2022-ci il iyulun 1-dən qüvvəyə minib.