"Əbu-Bəkr" məscidi yeni adla fəaliyyət göstərəcək

"Əbu-Bəkr" məscidi yeni adla fəaliyyət göstərəcək
  • Sosial

  • Bakının Nərimanov rayonu, Ülvi Bünyadzadə küçəsində yerləşən "Əbu-Bəkr" məscidində yenidən bərpa-gücləndirmə işləri aparılacaq.

    Hazırda məsciddə ötən il start verilən bərpa-gücləndirmə işləri davam etdirilir.

    Belə ki, Bakı Şəhər İcra Hakimiyyətinə məxsus "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC bərpa-gücləndirmə işlərinə dair layihə smeta sənədlərinin hazırlanması ilə əlaqədar yenidən tender elan edib.

    Tenderə uyğun olaraq, ibadət ocağında hazırda həyata keçirilən işlərin davamı kimi yenidən bərpa-gücləndirmə işlərinə başlanılacaq. Bütün işlər tam yekunlaşandan sonra isə məscid "Cümə məscidi" adı ilə fəaliyyət göstərəcək. İşlərin nə zaman yekunlaşacağı hələ məlum deyil.

    Xatırladaq ki, ötən il məsciddə bərpa-gücləndirmə işlərinin aparılması üçün 2 881,728 min manatlıq satınalma müqaviləsi imzalanıb. Məlumata görə, artıq həmin məbləğ müqabilində həyata keçirilən işlər yekunlaşmaq üzrədir.
    ///Report
    PAYLAŞ:

    Oxşar xəbərlər