Masallı Bioloji Təbabət klinikasında bir ay ÖDƏNİŞSİZ həkim müayinəsi olacaq - VİDEO

Masallı Bioloji Təbabət klinikasında bir ay ÖDƏNİŞSİZ həkim müayinəsi olacaq - VİDEO
  • Sosial / Araşdırma

  • r zaman effektiv müalicə üsulları və peşakar həkim heyyəti ilə fərqlənən Masallı Bioloji Təbabət klinikası daha bir uzman həkimi Cənub regionuna dəvət edib.
     
     

    Asiya.az xəbər verir ki, Türkiyədən dəvətli ümumi cərrah uzman Dr. Camal Əbülfəzli 1 avqust tarixindən etibarən həftə içi hər gün Masallı Bioloji Təbabət klinikasında pasiyentlərin qəbulunu həyata keçirəcək.
     

    Uzman Dr. Camal Əbülfəzli avqust ayı ərzində pasiyentləri ÖDƏNİŞSİZ qəbul edəcək.
     

    Bu fürsətdən yararlanmağa tələsin!


    Uzman Dr. Camal Əbülfəzlinin müayinə və müalicə etdiyi xəstəliklər:
    -Süd vəzi xəstəlikləri;
    -Mədə-bağırsaq sistemi xəstəlikləri;
    -Anorektal xəstəliklər (hemoroid-babasil, anal fissur, anal fistul və s.);
    -Qaraciyər ve öd yollarının xəstəlikləri;
    -Öd kisəsi xəstəlikləri;
    -Diafraqma yırtığı;
    -Qalxanabənzər vəzi xəstəlikləri;
    -Mədəaltı vəzi xəstəlikləri;
    -Nazik və qalın bağırsağın cərrahi xəstəlikləri;
    -Böyrəküstü vəzi xəstəlikləri və s.

    Uzman Dr. Camal Əbülfəzlinin icra etdiyi cərrahi əməliyatlar:
    -Qalxanabənzər vəzin (zob) neyromonitorla əməliyyatı;
    -Süd vəzi cərrahiyyəsi;
    -Laparoskopik diafraqma yırtığı əməliyyatı;
    -Laparoskopik öd kisəsi əməliyyatı;
    -Laparoskopik kor bağırsaq əməliyyatı;
    -Laparoskopik göbək yırtığı, qasıq yırtığı, kəsik yeri yırtığı əməliyyatları;
    -Laparoskopik dalaq cərrahiyyəsi;
    -Laparoskopik böyrəküstü vəzi cərrahiyyəsi;
    -Proktoloji əməliyyatlar (babasil, bağırsaq çatı, fistul, prolapsus, rektosel);
    -Laparoskopik nazik ve qalın bağırsaq əməliyyatları;
    -Laparoskopik qaraciyər əməliyyatları;
    -Bariatrik cərrahiyyə (mədə kiçiltmə əməliyyatı);
    -Abdominoplastika (qarın gərmə əməliyyatı) və s.

    Uzman Dr. Camal Əbülfəzlinin icra etdiyi endoskopik müayinələr və prosedurlar:
    -Qastroskopiya (mədə) müayinəsi;
    -Kolonoskopiya (bağırsaq) müayinəsi;
    -Endoskopik polipektomiya.

    Təhsil və iş məlumatları:
    2008-2014 Azərbaycan Tibb Universiteti bakalavr təhsili;
    2014- Almaniyada cərrahi təcrübə proqramı;
    2014-2017 Bakı Sağlamlıq Mərkəzində cərrahi asisstentlik;
    2017-2022 İstanbul Bakırköy Dr. Sadi Konuk Eğitim Araştırma Xəstəxanası, ümumi cərrah uzmanlıq təhsili.

    Ətraflı məlumat üçün:
    (055) 532 89 88
    (025) 21 5 50 89

    Təcili Tibbi Yardım: 

    (051) 311 03 03
    Ünvan: Masallı şəhəri, Elşad Hüseynov küç.

    PAYLAŞ:

    Oxşar xəbərlər