Masallıda "Köhnə bazar" ərazisindəki küçə abadlaşır - FOTOLAR

Masallıda "Köhnə bazar" ərazisindəki küçə abadlaşır - FOTOLAR
  • Sosial / Manşet

  • Masallı şəhər 20 yanvar küçəsinin "Köhnə bazar"-da keçmiş Anatoli Bolşevski adına stadionunun ön hissəsi Heydər Əliyev prospektinə birləşənə qədər uzunluğu 260 metr yol uzun müddət təmir olunmadan istifadə edildiyindən və təbii faktorların təsirindən yararsız vəziyyətdə idi.

    Asiya.az
    xəbər verir ki, Masallı Rayon İcra Hakimiyyətinin yeni təyin edilən başçısı Araz Əhmədovun təşəbbüsü ilə əsaslı şəkildə təmir edilir.

    Yenidən qurulmasına və bərpasına ehtiyac yaranan yolun eni 6 metrə qədər genişləndirilib.

    Hazırda həmin yolda təmir-tikinti işləri davam etdirilir. Stadion ərazisinin yolu daraldan hasarlanmış hissəsi sökülüb geri çəkilərək, küçə genişləndirilir.

    Qeyd edək ki, yol yararsız asfalt örtükdən ibarət idi. Yolun torpaq əsaslı ərazisində deformasiyaya uğramış hissələr və yararsız örtük qazılaraq çıxarılır, yolun normativ eninin alınması üçün genişləndirmə və kipləşdirmə işləri görülüb.

    Layihənin sonuncu mərhələsində yola yeni asfalt yol nişanlarının, siqnal, yolcizgi və yolgöstərici xətlərinin, həmçinin piyada zolaqlarının çəkilməsi işləri aparılacaq.

    Asfalt yolun yenidən qurulması vətəndaşların rahat gediş-gəlişini təmin etməklə sözügedən ərazidə nəqliyyat əlaqəsini xeyli yaxşılaşdırılacaq, əhalinin sosial rifah halına müsbət təsir etmiş olacaq.




    PAYLAŞ:

    Oxşar xəbərlər